Azadsöz.az xəbər verir ki, məhkəmənin qərarı ilə tiktoker Ləman Vəliyeva 1000 manat cərimə edilib.
***
19:23
Azadsöz.az xəbər verir ki, sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Ləman Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
O qeyd edib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.