Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu gün ərzində 3 ədəd tüfəng təhvil götürülüb.