16 Sentyabr 2024 23:13

Qazaxda maşın sərxoş piyadanı vuraraq öldürüb

Azadsöz.az xəbər verir ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Bununla  bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.