16 Sentyabr 2024 22:58

Sosial şəbəkələrdə pirotexniki vasitələr satanlar saxlanıldı – FOTO

Azadsöz.az xəbər verir ki, Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbirlərlə sosial şəbəkələr vasitəsi ilə paytaxt ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən daha 2 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan ümumilikdə 1246 ədəd yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Araşdırmalar davam etdirilir.