08 Sentyabr 2024 03:36

Göyçayda 14 yaşlı uşaq sirkə turşusu içdiyini deyərək valideynlərini aldatdı-YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Göyçay  rayonunun Məlikkənd  kənd  sakini, 2009-cu  il təvəllüdlü Səlimov Murad Samir oğlunun sirkə turşusu içərək  zəhərləndiyi ilə  bağlı bu gün  günorta saatlarında Göyçay Rayon Mərkəzi Xəstəxanasına məlumat daxil olub.

Valideynləri yeniyetməni sirkə  turşusu  içərək  zəhərləndiyi  adı  ilə Xəstəxanının Təcili və Təxirə salınmaz Tibbi yardım şöbəsinə  aparıblar. Həkimlərin ilkin müainəsindən sonra məlum olub ki, Murad Səlimovda  heç  bir  zəhərlənmə  halı baş  verməyib.Murad  valideynlərini  sirkə  turşusu  içmişəm  adı  ilə  aldadıb.

Qeyd  edək  ki, Muradın vəziyyəti  qənaətbəxşdir və evə  buraxılıb.

Səbuhi Eltonlu 

Gülşən Muradova