16 Sentyabr 2024 22:58

Anası tərəfindən taksidə qoyulan uşaq körpələr evinə yerləşdirildi

Azadsöz.az xəbər verir ki, ötən gün anası tərəfindəntaksidə qoyulan körpə, sığınacaqdan körpələr evinə təhvil verilib.

Bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə məlumat verib.

Araşdırmalarla məlum olub ki,körpəni aylar əvvəl uşaq evinə yerləşdirmək üçün müraciət olunub. Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib və körpələr evinə qoymayıb. Daha sonra taksiyə minib. Yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib.