16 Sentyabr 2024 22:49

Sabah intensiv yağış yağacaq

Azadsöz.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına  görə,  dekabrın 13-də

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.