16 Sentyabr 2024 22:57

Orxan Fikrətoğluna yeni vəzifə verildi

Azadsöz.az xəbər verir ki, yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edəcək.

Bu barədə müvafiq əmr imzalanıb.

O, artıq vəzifəsinin icrasına başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini də icra edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Sentyabrın 11-də onun ərizəsi qəbul olunub.