Azadsöz.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə bürclərin dəyişməsi ilə bağlı xəbərlər rast gəlirik. Yayılan xəbərlərdə bildirilir ki, ulduzlar dünyaya görə istiqamətlərini dəyişib və bu səbəbdən də bürc tarixləri dəyişdirilib. Bundan başqa, təqvimə yeni bürc də əlavə edilib.
Yayılan xəbərlərə aydınlıq gətirmək üçün jurnalist, astroloq Səbuhi Rəhimli özünün facebook hesabında və Səbuhi Rəhimli Media kanalında paylaşım edərək, fikirlərini bildirib.
Azadsöz.az astroloq Səbuhi Rəhimlinin paylaşımını sizlərə təqdim edir:
“13-cü BÜRC VARMI?. Hər yeni ilqabağı astrologiya populyarlaşır deyə ortaya 13-cü bürc təxribatını atırlar. Halbuki 2004-cü ildə Berlində keçirilən elmi konfransda bu məsələyə birdəfəlik nöqtə qoyulub. Əgər 13-cü bürc varsa, nədən astrofiziklər, rəsədxana işlədənlərimiz Günəşin İlantutan bürcündə olması barədə bir kəlmə də demirlər? Əgər 13-cü bürc Zodiaka daxil edilibsə, nədən yeni il qovşağını məhz 21 martdan – Günəşin Qoç bürcünə daxil olmasından (yaz gecə-gündüz bərabərliyindən) hesablayırlar? Dəyişibsə, bunu da dəyişsinlər də. Axı astroloqlar da astronomik göstəricilərə əsaslanır. Astronomlar Günəşin hərəkət trayektoriyasına 13-cü bürcü daxil etsinlər, biz də 13 bürcdən danışaq. Guya bununla astrologiyanın ciddiliyinə kölgə salmağa çalışırlar. Hər il belə təxribat edilir, hər il də cavab verilir. Əslində bu qara piar əks-effekt verir, astrologiya bir daha gündəm olur”.