Azadsöz.az xəbər verir ki, 10 dekabr 2023-cü il tarixində saat 11:00-dan Göyçay şəhərinin Heydər Əliyev prospektinin bir hissəsində, Zakir Nəcəfov, N.Nərimanov və Atatürk küçələrində içməli suyun verilişində yenidən fasilə yaranacaq.
Fasilənin yaranmasına səbəb N.Nərimanov küçəsində baş vermiş sızma ilə əlaqədardır.
Qeyd edək ki, hazırda “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay Sukanal Sahəsi tərəfindən sızmanın aradan qaldırılması istiqamətində işlər aparılır.Su xətlərində aparılacaq təmir işləri bitənədək suyun verilməsində fasilə olacaq.