18 May 2024 12:06

“Mən şəhid olaramsa, anama deyin ağlamasın”: Paşa Salmanovun şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Paşa  Salmanovun şəhadətə qovuşmasının üç il ötür.Salmanov Paşa Həkim oğlu 1995-ci ilin avqustun 13-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. 2002- 2013-cü illərdə   Çərəcə kəndində orta təhsilini  başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Paşa  Salmanov  10  günlük  Ağdam rayonunun Baharlı  qəsəbəsində  təlimlərdə  iştirak  edib.Daha  sonra 2020-ci il sentyabrın 27-də başlanan  Vətən  müharibəsində qəhrəmanlıq  göstərib. 14 oktyabr 2020-ci il tarixdə  Ağdam istiqamətində  gedən döyüşlərdə başından qəlpə yarası alıb. 51 gün komada  olan  igidimiz  həkimlərin səylərinə baxmayaraq, dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib. 2020 ci il dekabrın 6-da Göyçay rayonunun Çərəcə kəndində dəfn olunub.

Prezident  İlham  Əliyevin  sərəncamı ilə  Paşa Salmanov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev