4 dekabr 2024-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov Azadsöz.az-a rayonda Bəyan prosesinin aparılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Elçin İsmayılov açıqlamasında regionların sosial-iqitisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar rayonda görülmüş işlərdən, aqrar sahənin inkişafı istiqamətlərindən, bu sahədə fermer və sahibkarlara göstərilən yüksək dövlət qayğısından söz açıb.Bildirdi ki, respublikanın bütün bölgələrində olduğu kimi Göyçay rayonunda da fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməsi prosesi 2024-2025-ci il 25 dekabra kimi aparılacaq.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən rayonun 56 kəndi üzrə fəaliyyət göstərən 26 nümayəndəlikdə gündəlik olaraq 2-3 kəndlərdə fermerlərlə görüşlər keçirilir və Bəyan prosesinin aparılması sürətləndirilir. Mərkəzin rəhbəri onu da vurğuladı ki, rayonumuzun həssas qrupundan olan şəhid ailələrinə, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına, qazilərə və birinci qrup əlillərinə yüksək qayğı-diqqət göstərilərək, onların evlərində Bəyan prosesinin aparılması ilə bağlı səyyar görüşlər keçirilir.Bununla yanaşı Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə gələn fermerlərlə aparılan görüşlər dəyərləndirilir.Onları maraqlandıran məsələlər, irəli sürdükləri təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülür.
Səbuhi Eltonlu