08 Sentyabr 2024 06:56

Azərbaycanda baş həkim vəfat edib-FOTO

Azadsöz.az xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Allahverdi Quliyev   4 dekabr  2023-cü il tarixində axşam saatlarında 69 yaşında vəfat edib.

Qeyd edək ki, Quliyev Allahverdi İbrahimxəlil oğlu 06.05.1954-cü il tarixində Qazax rayonun Kosalar kəndində anadan olub. 1976-1982-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1982-1986-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-uroloq işləyib. 1986-2000-ci illərdə Qazax RMX-da həkim-travmatoloq vəzifəsində çalışıb. 2000-ci ildən 2012-ci ilə qədər Qazax Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinin şöbə müdiri kimi fəaliyyət göstərib. 2012-ci ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsini baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. 2021-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkim vəzifəsinə təyin olunub.