Azadsöz.az xəbər verir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.