Azadsöz.az xəbər verir ki, dünən rayonun İkinci Ərəbcəbirli kəndində 30 ton ot bağlaması yanıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay rayon yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Belə ki, kənd sakini, İbrahimov Elman Rəşid oğluna məxsus fərdi yaşayış evində ümumi sahəsi 200 m² olan talvarın altında yığılan 30 ton ot bağlaması yanıb.Yüksək temperaturdan talvarın dəmirdən ibarət konstruksiyaları 10 paq.m deformasiyaya uğrayıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Səbuhi Eltonlu