Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik Sahəsi tərəfindən rayonun bütün küçələrində və prospektində gündəlik olaraq təmizlik işləri aparılır. Buna baxmayaraq, bəzi məsuliyyətsiz rayon sakinlərinin xoşagəlməz hərəkətləri ilə rastlaşırıq .
Bildirək ki, xoşagəlməz mənzərə Heydər Əliyev parkında baş verib. Vətəndaş tərəfindən daş-kəsək parçaları, ağacların budaqları parkın ərazinə zibil tullantıları isə həmşəyaşılların üzərinə səpilib.Bununla yanaşı digər tullantılar torbalara yığılaraq parka qoyulub. Şəhər Təsərrüfatı Birliyi tərəfindən park təmizlənərək səliqəyə salınıb.
Rayonun təmizliyinə mane olan həmin qoçaq sakinlərimiz unutmasınlar ki, prospekt və küçələrə qoyulan konteynerlər bəzəyə yox, məişət tullantılarının yığılması üçün qoyulub.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov