Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zöhrabov Vüsal Əli oğlu rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı vəzifəsindən azad edilib.
Digər əmrlə o, rayon İcra Hakimiyyəti başçısının Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
Qeyd edək ki, V.Zöhrabov icra hakimiyyətində tutduğu vəzifədə səmərəli fəaliyyət göstərərək, rayonda keçirilən mədəni, ictimai-siyasi tədbirlərdə fəal iştirak etmişdir.
Xatırladaq ki, 30 sentyabr 2024-cü il tarixində Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyev çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb.
Yeni vəzifəyə təyin olunması ilə bağlı xəbəri saytımıza V.Zöhrabov təsdiq edib.
Səbuhi Eltonlu