16 Sentyabr 2024 23:06

Peşə təhsilini yarımçıq qoyub döyüşə yollanan Şəhid Xəyal Həsənovun şəhadətə qovuşmasından üç il ötür-FOTOLAR/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu  gün Vətən  müharibəsində  şəhid  olan Xəyal Həsənovun şəhadətə qovuşmasından üç il ötür. Xəyal  Zeynəddin oğlu Həsənov 2002-ci il aprelin 16-da Göyçay rayonunun Qaraman  kəndində  anadan olub.

Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbini bitirib.Peşə liseyini bitirmədən könüllü olaraq orduya yazılıb. 2020-ci ilin mayın 27-də  həqiqi  hərbi  xidmətə  yollanıb.

Ermənilərin təxribatından sonra ərizəsi ilə ön cəbhəyə yollanıb.2020-ci il sentyabrın 27-də başlayan  Vətən  müharibəsində iştirak edib.14 oktyabrda  Suqovuşan  istiqamətində  gedən  döyüşlərdə  şəhidlik  zirvəsinə ucalıb.Qaraman kəndində dəfn olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin  Sərəncamına əsasən,  Xəyal Həsənov ölümündən sonra  “Vətən uğrunda”,“Laçının azad olunmasına görə”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə  təltif  edilmişdir.

 

Oxu.az - II Qarabağ müharibəsinin 18 yaşlı şəhidi - FOTO