16 Sentyabr 2024 23:17

“Ana, ermənilərə qan uddururuq”: Şəhid Əli Eyvazovun şəhadətə qovuşmasından üç il ötür-FOTOLAR/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün qanı ilə  tarix yazaraq  şəhidlik zirvəsinə ucalan  Əli Eyvazovun  şəhadətə qovuşmasından üç il ötür.Əli Seyran oğlu Eyvazov 2001-ci il iyunun 30-da Göyçay  rayonunun Şəkər  kəndində  anadan olub.

2018-ci il iyulun 3-də Həqiqi hərbi  xidmətə  çağrılıb. Beyləqan  rayonunun N saylı  hərbi  hissəsinə  1 il  3 ay  xidmət  etdikdən  sonra  2020-ci il sentyabrın 27-də başlayan  Vətən  müharibəsində  Füzuli rayonu  istiqamətində  gedən döyüşlərdə  iştirak  edib.14 oktyabrda  Füzuli rayonu uğurunda  gedən döyüşlərdə  şəhid  olub. Göyçayda  Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin  Sərəncamına əsasən, Əli Eyvazov ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev