20 Sentyabr 2024 12:29

Qarabağda “Qazel” minaya düşdü – Ölən var

Azadsöz.az xəbər verir ki, 2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

İlkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində “Qazel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, Kamaz tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com