20 Sentyabr 2024 12:32

70-dən çox Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salındı

Azadsöz.az xəbər verir ki, 12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyi və Azərbaycan Hava Yollarınınbirgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakı şəhərinə yola salınıb.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com