Azadsöz.az xəbər verir ki, Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda, ümumilikdə 10808 manat pulun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Əhliman Qocayev saxlanılıb. Araşdırma zamanı onun 1 ay ərzində 5 dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.