Azadsöz.az xəbər verir ki, “Der Spiegel” jurnalı Almaniya Hərbi Hava Qüvvələrinin İsrailin istifadəsi üçün PUA təmin edəcəyini iddia edib.
Məlumata görə, Almaniya Hərbi Hava Qüvvələrinin Alman pilotların təhsili üçün istifadə edilən 2 ədəd Heron tipli pilotsuz uçuş aparatını (PUA) İsrailin istifadəsinə verəcəyi iddia edilmişdi .
Xəbərdə İsrailin iki PUA-nı davam edən hücumlarda istifadə edib-etməyəcəyini soruşduğu və Almaniya hökumətinin buna yaşıl işıq yandırdığı bildirilib.
İsrailin bölgədəki münaqişə vəziyyətinə görə alman pilotların təlimini dayandırdığı və təlim keçən 16 pilotun Almaniyaya qayıdacağı bildirilib.
PUA-ların yüksək ayırdetmə qabiliyyətinə malik kameraları ilə hədəfləri 24 saata qədər müşahidə və izləyə bildiyi, PUA-ya çevrildiyi təqdirdə isə dəqiq raketlərlə avtomobilləri və ya daha kiçik mövqeləri məhv edə bildiyi vurğulanıb.