20 Sentyabr 2024 18:41

Gəncədə dilənçilər saxlanıldı – FOTO

Azadsöz.az  xəbər  verir  ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə, tədbir zamanı ümumilikdə 28 nəfər saxlanılaraq ərazi  üzrə Polis Şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com