17 Sentyabr 2024 00:27

“Göyçay Ensiklopediyası” adlı kitabın təqdimatı keçirilib

Azadsöz.az xəbər verir ki, 30 sentyabr 2023-cü il tarixdə Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin ili” çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış “Göyçay Ensiklopediyası” adlı kitabın təqdimatı keçirildi.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, filologiya elmləri doktoru, professor Asif Hacılı, Azərbaycan Dillər Universitetinin professoru Şövqi Göyçaylı və rayon ziyalıları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu günki tədbirimiz çox əlamətdar bir ildə və tarixi günlər ərəfəsində, həmişəkindən daha fərqli bir mövzuda keçirilir.
Hamıya məlumdur ki, bu il Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 2023-cü il “Heydər Əliyev İli”dir. Həmçinin biz 3 il əvvəl bu günki günlərdə böyük Zəfərə doğru irəlləyirdik. Bir neçə gün öncə isə lokal xarakterli aniterror tədbirləri nəticəsində itkilərimizə rəğmən qürurverici anları, tam və qəti qələbəmizə nail olduq.

Belə bir tarixi ildə, bucür tarixi günlərdə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti həmyerlimiz Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə Göyçay ensiklopediyasının işıq üzü görməsi və Heydər Əliyev adını daşıyan bu möhtəşəm mərkəzdə biz Göyçaylılara təqdim edilməsindən böyük və dəyərli hədiyyə ola bilməz.

Göyçay ensiklopediyası Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ithaf olunur. Ensiklopediyada həm birinci Qarabağ müharibəsi, həm 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar öz əksini tapmışdır

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com