16 Sentyabr 2024 23:06

“Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir” – Anar Eyvazov

Azadsöz.az xəbər verir ki,   Lokal antiterror tədbirlərinə cəlb olunan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyib.

“Onlar bütün növ təminatla təmin ediliblər”, – deyə A.Eyvazov bildirib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.