08 Sentyabr 2024 04:43

Ermənistanın mina terroru həyatımızı məhv edib – Mina qurbanı

Azadsöz.az xəbər verir ki,  Ermənistanın mina terroru həyatımızı məhv edib, sağlamlığımı itirmişəm, insan kimi yaşaya bilmirəm.

Bunu  Ermənistanın mina terrorunun qurbanı Elgün Ələkbərov deyib.

O bildirib ki, Ermənistan mülki əhalinin istifadə etdiyi əraziləri də minalayıb.

“Mən pambıq zavodunda traktorçu işləyirdim. Tərtər rayonunda pambıq əkini üçün sahəni hazırlayırdıq. Gözləmədiyim anda minaya düşdüm. İndi çox pis vəziyyətdəyəm, gözümün biri 10 faiz, bir isə 25 faiz görür. Bütün bədənim xəsarət içərisindədir. Gecələri yata bilmirəm”, – deyə mina qurbanı qeyd edib.

 

E.Ələkbərov əlavə edib ki, ermənilər qəsdən mülki insanların istifadə etdiyi əraziləri minalamışdılar.

Qeyd edək ki, 44 Günlük Vətən müharibəsindən sonra 400-dən çox Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanına çevrilib.