Azadsöz.az xəbər verir ki, Türkiyəli rejissor Nuri Bilge Ceylanın Kannda “Qızıl Palma budağı” üçün yarışan “Kuru Otlar Üstə” filmi Türkiyənin Oskar namizədi olub.
Nuri Bilge Ceylanın Kann festivalında “Qızıl palma budağı ” üçün yarışan və aktrisa Merve Dizdarla mükafat alan “Kuru Otlar Üstə” filmi Türkiyəni “Ən yaxşı beynəlxalq film ” kateqoriyasında təmsil edəcək .
Kino sahəsində peşəkar təşkilatların nümayəndələrindən ibarət 15 nəfərlik seçim komissiyasının qiymətləndirməsi nəticəsində “Kuru Otlar Üstünə” filmi Türkiyənin 96-cı Oskar Mükafatlarına (Oskar) namizədi olaraq müəyyən edilib.
Kino Peşəkar Dərnəkləri Güc Birliyinə müraciət edən 7 filmin qiymətləndirildiyi yığıncaqda rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Kuru Otlar Üstünə” filmi Türkiyənin “Ən yaxşı beynəlxalq film” namizədi seçilib.
ABŞ- da keçiriləcək mükafatlandırma mərasiminin gələn ilin martında keçirilməsi planlaşdırılır.