Azadsöz.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının sənəddə adı “Ukraynanın satqınları” kimi qeyd olunan bir sıra şəxslərin dövlət mükafatlarından məhrum edilməsi barədə əvvəllər qəbul etdiyi qərarın qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.
Bu barədə Ukrayna KİV yazıb.
Zelenski qeyd edib ki, siyahıda həm Ukrayna, həm də Rusiya vətəndaşları olan 34 nəfər var. Onların arasında keçmiş məmurlar, deputatlar, xüsusi xidmət orqanlarının rəhbərləri, incəsənət xadimləri və digər mədəniyyət xadimləri var. Siyahıdan 10 nəfərə ən yüksək səviyyəli şəxsi sanksiyalar tətbiq edilib.
Rusiyalı müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, bəstəkar İqor Krutoy Ukraynanın xalq artisti, müğənnilər Ani Lorak və Taisya Povaliy əməkdar artist fəxri adlarından məhrum ediliblər. Ukrayna hakimiyyəti onların hamısını Rusiya təcavüzünü dəstəkləməkdə ittiham edir.
Bundan başqa, Ukrayna baş prokurorunun keçmiş birinci müavini Renat Kuzmin, keçmiş müavini Viktor Medvedçuk, keçmiş təhsil naziri Dmitri Tabaçnik, keçmiş baş nazir Nikolay Azarov, keçmiş baş prokuror Viktor Pşonka, keçmiş müavin Andrey Derkaç da dövlət mükafatlarından məhrum ediliblər.