Azadsöz.az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun Türkiyə – Ermənistan matçı öncəsi hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Əskişəhərdə keçirilən matçda yerli azarkeşlər Ermənistan himnini fitə basıb. Buna görə rəqib komandanın himni eşidilməyib.
Qeyd edək ki, bu komandalar arasında İrəvanda keçirilən matçda ermənistanlı azarkeşlər Türkiyə himnini fitə basmışdı. Türkiyəli fanatlar da bu addıma cavab veriblər.