25 Noyabr 2024 12:57

Gürcüstan parlamentinin binası yaxınlığına hərbi texnika yerləşdirilib

“Azadsöz.az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki,  Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə müxalifətin mitinqinin keçirildiyi parlament binasında təhlükəsizliyi gücləndirib.

Hadisə yerinə əlavə qüvvələr və xüsusi  hərbi texnika göndərilib. 

Meydanda su şırnaqları, avtobuslar və avtomobil evakuatorları var. Noyabrın 24-ü axşam saatlarından Rustaveli prospektində aksiyalar keçirən etirazçılar küçədə qalıb yolun düz kənarındakı çadırlarda yatmağa qərar veriblər. Onlar ötən parlament seçkilərinin nəticələrindən narazıdırlar və onların tanınmamasını tələb edirlər. Hazırda küçədə vəziyyət sakitdir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul