16 Sentyabr 2024 23:42

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Azadsöz.az xəbər verir ki,  DİN-in mətbuat xidmətinin regional qrupunun bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.