Azadsöz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistana yola düşüb.
Ölkə başçısı Yeni Dehlidə G-20 sammitinə qatılacaq.
R.T.Ərdoğan sammit çərçivəsində bir sıra dövlət başçısı ilə görüşlər keçirəcək. Bundan əlavə, “Taxıl dəhlizi”, Şimali Kipr məsələsi və digər mövzulara dair danışıqların aparılması gözlənilir.