Azadsöz.az xəbər verir ki, Göyçayda 59 yaşlı Rusiya vətəndaşı itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, 1964-cü il təvəllüdlü Kuzmin Sergey Nikolayeviç avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.
“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102”Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91 şəhər və (050) 502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda deyilir.