16 Sentyabr 2024 23:26

İkinci Liqa Qarabağ derbisi ilə başlayıb

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan 2-ci liqasına start verilib.

Müstəqil Azərbaycan tarixində ilk dəfə keçirilən 2-ci liqanın ilk görüşündə “Füzuli” “ASK Arena”da “Cəbrayıl”ı qəbul edib.

Qarabağ derbisində qonaq komanda “Cəbrayıl” 4:3 hesablı qələbə qazanıb.

Bu gün liqada daha 2 görüş keçiriləcək. “Baku Sportinq” “Şəfa”nı, “Ağdaş” isə “Şahdağ”ı (Qusar) qəbul edəcək.

4 sentyabr

Azərbaycan 2-ci liqası

“Füzuli” – “Cəbrayıl” – 3:4

Qollar: Süleyman Piriyev, (1:0), Cəsur Hüseynov, 14 (2:0), Elşad Əliyev, 36 (2:1), Elvin Nəsibov, 42 (2:2), 48 (2:3), Ceyhun Cavadov, 52 (3:3), Elvin Nəsibov, 70 (3:4)