16 Sentyabr 2024 23:00

Göyçayda yaşayan Şəhid anaları Şuşaya səfər ediblər-FOTO

Azadsöz.az xəbər verir ki, 31 avqust 2023-cü il tarixdə Göyçayda yaşayan Şəhid anaları rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Şuşaya səfər ediblər.

Səfərdə 15 şəhid anası iştirak edib. Onların arasında vətən mühraibəsinin gedişində unikal əməliyyatlardan biri kimi tarixdə əbədi qalacaq Şuşanın işğaldan azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri də olub.

Səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olunub.

Şəhid anaları Bülbülün, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvanın büstlərini və İsa bulağını ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalası və Cıdır düzündə davam edib.

Səfər müddətində qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs edilib.

Səfərdə iştirak edən şəhid anaları övladlarının işğaldan azad etdiyi Vətən torpağına səfərlərinin onlara bir təskinlik olduğunu qeyd edib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.