16 Sentyabr 2024 23:07

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU

Azadsöz.az xəbər verir ki, avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb (MN).

“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.