16 Sentyabr 2024 23:11

ABŞ Azərbaycana 6 minaaxatran it verdi

Azadsöz.az xəbər verir ki,  ABŞ-dan Azərbaycana minaaxatran itlər gətirilib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.

“ABŞ tərəfindən maliyyələşdirilən “Marshall Legacy” (MLİ) QHT tərəfindən təqdim edilən daha altı minaaxtaran it bu yaxınlarda Azərbaycana gətirilib. Bu yeni ianə xüsusi əhəmiyyət kəsb edir, çünki bununla MLİ-nin minalardan zərər çəkmiş ölkələrə verdiyi itlərin sayı 300-ə çatır. Verilən itlərin 81-i yalnız Azərbaycana göndərilib. Boka, Byanka, Flex, Lex, Stela və Tiger Pride II ANAMA ilə birlikdə əhəmiyyətli işlərə başlayır!” – paylaşımda qeyd olunub.