16 Sentyabr 2024 22:59

Cüdoçulardan ibarət millimiz dünya çempionatında qızıl medal qazanıb

Azadsöz.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Dünya çempionatının ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək komandanın aktivinə bir dəst medal yazdırıblar.

Federasiyadan  verilən məlumata görə, oğlanlar arasında 50 kiloqram çəki dərəcəsində cüdoçularımız Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Yekunda N.Məmişov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M.Məmişov isə gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 10 ildən sonra dünya çempionatında qızıl medal əldə edib (yalnız 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb).

55 kiloqram çəki dərəcəsində yarışan Mirxaliq İskəndərov isə üçüncü yer uğrunda görüşdə fransalı Adrian Mivovana qalib gələrək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində fərdi, 27 avqustda isə komanda yarışlarında iştirak edəcəklər.