16 Sentyabr 2024 22:55

“Mançester Yunayted”in yeni sahibi açıqlandı

Azadsöz.az xəbər verir ki, Qətərin kral ailəsinin üzvü Şeyx Jassim İngiltərənin “Mançester Yunayted” futbol komandasını satın alıb. 

Bu barədə “The Sun” məlumat yayıb.

O, klub üçün ödənişi oktyabrın ortalarına qədər tamamlayacağını bildirib.

Qeyd edək ki, Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funt-sterlinqə satın almışdı.