Azadsöz.az xəbər verir ki, bu gün 89 nəfərdən ibarət olan ailələr Füzuli şəhərinə doğma yurduna geri dönür.
Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.
Köçürülən ailələr Füzuli şəhərində işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.