30 Noyabr 2024 14:49

Kürd kənd sakinlərinin müraciəti öz müsbət həllini tapdı-FOTO VİDEO

Azadsöz.az xəbər verir ki, 21 noyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Kürd kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri  çıxış edərək, son illərdə respublikamızın, o cümlədən Göyçay rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə kənd sakinlərinə məlumat verib.

Daha  sonra Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Rəsulov Yusif çıxış edərək Kürd kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.Vətəndaşların  müraciətlərini  səsləndirən Y.Rəsulov kəndin elektrik enerjisinin verilməsində illərdir ki, tez-tez yaranan fasilələr olduğunu diqqətə  çatdırıb.

Natiq  Ağayev  qaldırılan problemin nəzarətdə saxlayaraq və aidiyyəti qurum rəhbərliyinə yaranmış çətinliyin tez bir vaxtda  aradan  qaldırılması üçün tapşırıq verib.

Qeyd  olunan məsəlinin  müsbət  həlli  üçün Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  və Göyçay Rayon Elektrik Şəbəkəsi tərəfindən əraziyə  baxış  keçirilib.Müəyyən olunub ki, quşçuluq xətti deyilən ərazidən xətt ayrıcı qoyulmalıdır. Qurumun işçi heyyəti kənd  sakinlərinin  yaranmış uzun müddətlik  problemini  arada  qaldırıblar.


 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul