20 Sentyabr 2024 01:48

Yeni salınan yaşıllıq sahəsində suvarılma işləri aparılıb-FOTO

Azadsöz.az xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində yaradılan  istixanada  mövsümə uyğun olaraq  yetişdirilən  çiçəklər, dekorativ  güllər və  müxtəlif  növ ağaclar Göyçayda 5  hektar ərazidə salınan  yaşıllıq sahəsinə əkilməsi  işləri  mərhələli  şəkildə  aparılır.

Qrafiqə  uyğun olaraq  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir  Şöbəsinin   işçi  kollektivi tərəfindən  arxlardan yüksək təzyiqli nasoslar  vasitəsilə su  çəkilərək   əkilmiş  və yeni  əkilən yaşıllıqlar  suvarılaraq  aqrotexniki qulluq olunur.

Səbuhi Eltonlu

Xüsusi  müxbir:Gülşən Muradova

 Müxbir: Zəka  Nağıyev

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com