16 Sentyabr 2024 22:57

Dünya Kuboku: Nicat Abasovun rəqibi bəlli oldu

Azadsöz.az xəbər verir ki,  Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ikinci finalçı bəlli olub.

Yarımfinalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən hindistanlı Rameşbabu Praqqnanandxa həlledici görüşə vəsiqə qazanıb. O, finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Karuana isə üçüncü yer uğrunda görüşdə Nicat Abasova rəqib olub.

Qeyd edək ki, həlledici qarşılaşmalar avqustun 22-24-də keçiriləcək.