Azadsöz.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir sıra vəzifələr üzrə vakansiya elan edib.
Dövlət Xidmətinin məlumatına görə, aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssisləri və tibb işçiləri tələb olunur:
• Həkim-terapevt
• Həkim-nevropatoloq
• Həkim-psixiatr
• Həkim-otorinolarinqoloq
• Həkim-dermatoveneroloq
• Həkim-cərrah
• Həkim-oftalmoloq
• Həkim-rentgenoloq və texnik
• USM (ultrason müayinəsi) mütəxəssisi
• Elektrokardioqrafiya
• Exokardioqrafiya
• Elektroensefaloqrafiya-funksional diaqnostika
Vakansiyalar üzrə müraciət etmək istəyənlər info@seferberlik.gov.az elektron poçtuna yaza və ya anketi (https://exidmet.seferberlik.gov.az/UnregisteredApp…/Create) doldura bilərlər.
Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir.