Azadsöz.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq.
Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycana səfər edəcək. Səfər proqramında iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların aparılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.
O cümlədən, gündəliyə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi daxildir. Danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.