16 Sentyabr 2024 22:57

Azərbaycan-Niderland oyununa təyinatlar AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan-Niderland oyununa təyinatlar açıqlanıb.

Sentyabrın 20-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (hamısı Kipr).

Hakim-inspektor: Sebastian Stauicki (Polşa).

UEFA nümayəndəsi: Avi Levi (İsrail).