Azadsöz.az xəbər verir ki, Elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə forması və müddəti müəyyənləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Ödəniş xidmətləri haqqında” qanunda əksini tapıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasını və müddətini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.