Azadsöz.az xəbər verir ki,“Bəyin oğurlanması” filmini Azərbaycanda yəqin ki,izləməyən yoxdur. Bu filmdən hər kəsin yaddaşında bir söz xatirə qalması bu filmin əbədiyaşar olmasından xəbər verir.Tarixin yaddaşına hopan bu sənət əsəri rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır.
Mən bu gün sizə filmi təhlil etməyəcəm. Çünki, haqqında söhbət etdiyimiz sənət əsəri dahilərin zaman süzgəcindən keçərək bu günə kimi öz əvəzolunmazlığını qoruyub saxlayıb. Sizlər üçün hazırladığım bu sujetim vasitəsilə çəkilən bu filmin bir məkanı ilə sizləri tanış edəcəyəm.
Bu süjetim bu filmin çəkildiyi kənddən daha doğrusu əsas səhnələrin çəkildiyi evdən bəhs edir. Bu ev indiyədək qorunub saxlanılır.Bəli düz eşitdiniz qorunub saxlanılır.Haqqında bəhs edəcəyim həmin ev Şamaxının “Məlhəm” kəndində yerləşir. Şamaxıya gələsən bu tarixi yeri öz gözlərinlə görməyəsən bax bu haqqsızlıq olar.Bu kəndə gələnlər bu yeri şamaxının hollivudu adlandırırlar.
Filmin əksər səhnələri məhz bu evdə çəkilib.Bu ev kinodanda şahidi olduğunuz qız ev sayılır.Qorunub gələcək nəsillərə ötürülən bu məkan tariximiz bir hissəsi hesab olunur.
Bu evə gələndə bir məqama çox sevindim. Sevinməyimin səbəbi odur ki, hal-hazırda bu evdə yaşayış var.Demək tariximizin bir parçası olan bu ev ehtirablı əllərdədir. Bizi qarşılayan ev sahibi Nazim dayı ilə həmsöhbət olan zamanı bu filmin kadrları gözlərimin önündə canlandı. Canlandıqca sanki özümü o filmdə hiss etdim.Evin sahibi bildirdi ki, bu evə üz tutan turistlər Azərbaycan kinosunun mədəniyyət tariximizdə necə iz saldığını əyani şahidi olurlar. Məkanın sahibi fikirində onu da vurğuladı ki, öz evlərini kino çəkilməsi üçün sevə-sevə sənətkarlara həvalə edən ev sahibləri indi o filmi izlədikdə böyük sevinc hissi duyduqlarını deyirlər.
Əziz izləyicilər gəlin unutmayaq ki, bu cür məkanları çəkib göstərmək , yaddaşımızı təzələmək və tariximizi qorumaq hər birimizin borcudur.Çünki tarixi filmlərimizdə yer alan yerlərimiz mədəniyyətimizin-irsimizin özüdür.
Növbəti filmin çəkildiyi evdə görüşənə qədər…
Xüsusi müxbir:Gülşən Muradova