16 Sentyabr 2024 23:04

Su polosu üzrə U-13 yığmamız beynəlxalq turnirdə bürünc medal qazandı-VİDEO

Azadsöz.az xəbər verir ki,  su polosu üzrə U-13 Azərbaycan yığma komandası beynəlxalq turnirdə 3-cü yerə sahib olub.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, 3-6 avqust 2023-cü il tarixlərində Macarıstanın Bekeşçaba şəhərində keçirilən DİA POLO beynəlxalq turnirində komandamız Avropanın güclü komandalarının da qatıldığı yarışda bürünc medalları qazana biliblər.

Bu beynəlxalq turnirdə su polosu üzrə Azərbaycan yığma komandası ilə bərabər, Avropanın 8 komandası iştirak edib. Beynəlxalq yarışda Rumıniya, Polşa, Finlandiya, Bolqarıstan, Macarıstanın Sşentiş və Bekeşçaba komandaları mübarizə aparıb.

Bu turnirdə su polosu üzrə U-13 Azərbaycan yığma komandasının üzvü Rəhim Əlimərdan yarışın ən yaxşısı, Ağaismayıl Babayev isə ən azyaşlı oyunçu nominasiyalarının qalibi olub.